Qonşu dövlətlərlə münasibətlər bu ildə mühüm önəm kəsb edib.
Turkustan.az xəbər verir ki, bunu 2025-ci ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı xarici işlər naziri Cehyun Bayramov bildirib.
“AZAL-a məxsus təyyarənin vurulmasına baxmayaraq, 9 dekabr Düşənbə görüşü, təyyarəmizin məhz Rusiya silahlı qüvvələri tərəfindən vurulmasının etiraf edilməsi və dialoqun davam etdirilməsi, normallaşma üçün mühüm əhəmiyyət daşıyıb".
Nazir Türkiyə və Ermənistanla münasibətlərə də toxunub.
Eyni zamanda Türkiyə ilə olan müttəfiqlik münasibətlərin gücləndirilməsi istiqamətində müxtəlif addımlar atılıb. Azərbaycan liderinin Türkiyəyə 3, Türkiyə Prezideninin isə Azərbaycana 4 işgüzar səfəri olub.
Azərbaycan-Ermənistan sülh prosesində mühüm irəliləyişlər əldə olunub və sülh prosesi isitiqamətində addımlar atılıb. /modern.az