Yeni il gecəsi bulvara çıxanlara ŞAD XƏBƏR


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək.

Turkustan.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.

Qeyri-iş günlərində də sərnişindaşıma fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun təşkil edilməsi, sürücülərin təsdiq olunan hərəkət qrafikinə riayət edilməsinə nəzarətin gücləndirilməsi daşıyıcıların diqqətinə çatdırılıb. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ