“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə sonuncu məhkəmə prosesində onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlinərək bəraət verilib.
Turkustan.az bildirir ki, bəraətdən sonra Oxu.Az-a danışan “Şərurlu İsfəndiyar” bildirib ki, ona qarşı ədalətsizlik edilib.
“Şərurlu İsfəndiyar”ın sözlərinə görə, ona qarşı haqsızlıq edilirdi:
“Mənə qarşı edilən qurama, haqsızlıq idi. Vaxtımı alırdılar, əsəbiləşdirirdilər. Heç yerə gedə bilmirdim. İki gündən, üç gündən bir məhkəmə prosesi keçiriliridi. Başqa söz nə deyim ki? Bilirdilər, haqlıyam. Amma mənə qarşı edilən bu haqsızlığı anlamıram. Nə etmişəm, kimin toyuğuna daş atmışam ki, mənə qarşı ədalətsizlik edirdilər?!”.