İsrail Somalidən birtərəfli şəkildə müstəqilliyini elan edən Somaliland-ı "ölkə" kimi tanıdığını açıqladı.
Turkustan.az xəbər verir ki, baş nazirin Mətbuat Ofisindən verilən yazılı açıqlamada İsrailin Somaliland-ı "müstəqil ölkə" kimi tanıdığı bildirilib.
Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilendin özünü prezident elan edən Məhəmməd Abdullahi qarşılıqlı "tanıma müqaviləsi" imzalayıblar.
Bəyanatda Netanyahu və Abdullahinin "tanıma qərarı" sənədini imzaladığı videoçarx da yer alıb.
Qərardan məmnunluğunu ifadə edən Netanyahu, Abdullahini rəsmi səfər üçün İsrailə dəvət etdi.
Netanyahu həmçinin bildirib ki, Somalilandın İsrail ilə münasibətlərin normallaşdırılmasına yol açan "İbrahim Sazişləri"nə qoşulmaq istəyini ayın sonuna planlaşdırılan görüş zamanı ABŞ prezidenti Donald Trampa çatdıracaq.
Aytən Yaşar/ Turkustan.az