Ceffri Epşteynin qardaşı FTB-yə verdiyi ifadədə Epşteynin "adları açıqlamaq" üzrə olduğu üçün öldürüldüyünü iddia etmiş və ABŞ prezidenti Trampın buna icazə verdiyini iddia etmişdir.
Turkustan.az xəbər verir ki, ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan cinsi istismar və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunarkən həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin qardaşı FTB-yə verdiyi ifadədə Epşteynin "adları açıqlamaq" üzrə olduğu üçün öldürüldüyünü və ABŞ prezidenti Donald Trampın buna icazə verdiyini iddia edib.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni Epstein sənədləri arasında Mark Epsteinin 2023-cü ildə FTB-yə verdiyi bir məlumat da var idi.
Mark FTB-yə verdiyi ifadədə iddia edib ki, "Ceffri Epşteyn həbsxana kamerasında öldürülüb. Onun adlarını açıqlamaq üzrə olduğu üçün öldürüldüyünə inanmaq üçün səbəblərim var. İnanıram ki, Prezident Tramp buna icazə verib".
Aytən Yaşar/ Turkustan.az