Rusiya və Türkiyə 13-cü dəfə müharibə astanasında?


“Qərb iki yaxın qonşunu zəiflətmək üçün Türkiyə və Rusiyanı hərbi toqquşmaya təhrik etməyə ümid edir”.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” geniş məqaləsində yazıb. Nəşrə danışan siyasi ekspertlər də o rəydədir ki, Qərbin hazırda məqsədi Ukrayna cəbhəsini genişləndirmək və Moskva ilə Ankaranı bir-birinə qarşı qoymaqdır. Çünki bu, hər iki ölkəni zəiflədə bilər.

Zalsburq Universitetinin politologiya üzrə doktoru, Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kamran Həsənov nəşrə deyib ki, Tramp hakimiyyətə gələndən bəri Türkiyənin davamlı beynəlxalq gündəmin aktual mövzularınmın müzakirəsinə dəvət alır, Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa sövq etməyə çalışırlar: “Brüssel isə Türkiyənin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsini və neytral mövqeyinə yenidən baxmasını istəyir. Onlar Ankaranın Avropa tərəfində daha fəal olmasını, Ukraynaya daha çox yardım göstərməsini, neft sövdələşmələrinə və digər layihələrə son qoymaqla Rusiyaya təzyiq göstərməsini istəyirlər”. Ekspert deyib ki, Ərdoğan hakimiyyətdə olduğu müddətdə müddətdə Türkiyə Rusiya ilə gərginlik yaratmaq cəhdləri alınmayacaq. Baxmayaraq ki, son hadisələr gərginliyi artırdı - hətta bir türk gəmisi də zədələndi. Əslində Kiyevin Qara dənizdəki hərəkətləri Rusiya-Türkiyə deyil, Türkiyə-Ukrayna münasibətlərinin pisləşməsinə gətirib çıxarır”.

Корабли Черноморского флота России в бухте Севастополя

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov deyib ki, Qara dəniz üzərində PUA-larla bağlı üç ciddi insidentdə dronların mənşəyi rəsmi olaraq açıqlanmadı, buna görə də Türkiyə mediası onların arxasında kimin ola biləcəyi ilə bağlı müxtəlif nəzəriyyələri müzakirə etdi – bəziləri Rusiyanı, digərləri Ukraynanı, digərləri isə Qərb kəşfiyyat orqanlarını nişan verdi: “Bütövlükdə, həm Ukrayna, həm də Avrop Birliyinin aparıcı oyunçuları, Türkiyə ilə Rusiya arasında gərginliyin artmasından faydalanacaqlar. Bununla belə, yaxın gələcəkdə Türkiyə ilə Rusiya arasında birbaşa hərbi toqquşma real ssenari deyil. Türkiyə üçün Qara dənizdən keçən tranzit yollarının təhlükəsüzliyi çox vacibdir, amma Ankara yaxın gələcəkdə təkcə birbaşa hərbi qarşıdurmadan deyil, Moskva ilə ciddi gərginlikdən qaçmağa çalışacaq.Türkiyə üçün vacibdir ki, Kiyev tamamilə başqa bir xarici oyunçunun orbitinə düşməsin, Qara dənizə çıxışı olan ərazilər üzərində nəzarəti itirməsin, həm də hərbi və siyasi baxımdan çox güclü olmasın”.

Nəşrin “bəs Rusiya regionda necə Türkiyə istəyir” sualına politoloq belə cavab verib: “Bu, “güzgü görüntüsü” ssenarisidir. Moskva üçün ən əlverişli ssenari Türkiyənin öz hüdudlarından kənarda (Cənubi Qafqaz və Mərkəzi Asiya da daxil olmaqla) təsirini artırmaq imkanlarının daha az olması və Qərb dövlətlərinin orbitinə düşməmək və onların təzyiqlərinə müqavimət göstərə bilməsidir”.

Rus-türk müharibələri: 350 illik qarşıdurmanın TARİXİ

Rusiya və Türkiyə 12 dəfə niyə müharibə edib?

1. Birinci Rus-Türk Müharibəsi (1568–1570)

Tərəflər arasında ilk müharibə Həştərxan Xanlığı üzərində nəzarət uğrunda baş verdi. Osmanlılar Həştərxan şəhərini ələ keçirmək üçün böyük bir ekspedisiya təşkil etdilər, lakin sərt iqlim şəraiti və rus müdafiəsi nəticəsində uğursuz oldular. Müharibə nəticəsində Həştərxan Xanlığının ərazisi Rusiyada qaldı və Osmanlılar geri çəkilməyə məcbur oldular.

2. İkinci Rus-Türk Müharibəsi (1676–1681)

Bu hərbi kampaniya Ukrayna əraziləri üzərində nəzarət uğrunda baş verdi. Osmanlılar və ruslar arasında bir neçə döyüş oldu, lakin heç bir tərəf həlledici üstünlük əldə edə bilmədi. Nəticədə, Baxaçisaray müqaviləsi ilə atəşkəs elan edildi və mübahisəli ərazilər müvəqqəti olaraq bölüşdürüldü.

3. Üçüncü Rus-Türk Müharibəsi (1686–1700)

Növbəti müharibə Azov qalasının nəzarəti uğrunda baş verdi. Rusiya, Osmanlı imperiyasının zəifləməsindən istifadə edərək Azov qalasını ələ keçirdi.

4. Dördüncü Rus-Türk Müharibəsi (1710–1713)

Bu müharibə Prut çayı ətrafında toqquşmalar nəticəsində baş verdi. Rusiya və Osmanlı imperiyası arasında baş verən döyüşlərdə Osmanlılar üstünlük əldə etdilər. Prut kampaniyası nəticəsində Azov qalası Osmanlılara qaytarıldı.

5. Beşinci Rus-Türk Müharibəsi (1735–1739)

Çar və sultan qüvvələri növbəti dəfə Krım və Qara dəniz sahilləri üzərində nəzarət uğrunda üz-üzə gəldi. Rusiya və Osmanlı imperiyası arasında baş verən döyüşlərdə Osmanlılar üstünlük əldə etdilər. Belqrad müqaviləsi ilə ərazilərin bir hissəsi Osmanlılara qaytarıldı.

6. 1768–1774-cü illər müharibəsi

Bu müharibə, Rusiya ilə Osmanlı imperiyası arasında baş vermiş və Rusiya ordusunun uğurları ilə nəticələnib. 1774-cü ildə imzalanan Kiçik Kaynarca müqaviləsi ilə Krım xanlığı müstəqil elan etdi, lakin faktiki olaraq Rusiya nəzarətinə keçdi. Rusiya, Qara dənizdə donanma saxlamaq və Osmanlı imperiyasındakı pravoslav xristianların himayədarı olmaq hüququ əldə etdi.

7. 1787–1792-ci illər müharibəsi

Bu müharibə nəticəsində Rusiya, Dnestr çayının sol sahilini və Qara dəniz sahilindəki əraziləri ələ keçirdi. Yassı müqaviləsi ilə Osmanlı imperiyası bu əraziləri Rusiyaya verməyə məcbur oldu.

8. 1806–1812-ci illər müharibəsi

Bu müharibə zamanı Rusiya, Bessarabiya bölgəsini ələ keçirdi. 1812-ci ildə imzalanan Buxarest müqaviləsi ilə Osmanlı imperiyası Bessarabiya bölgəsini Rusiyaya verdi.

9. 1828–1829-cu illər müharibəsi

Bu müharibə nəticəsində Rusiya, Qara dənizin şərq sahilindəki əraziləri və Gürcüstanın bəzi hissələrini əldə etdi. Ədirnə müqaviləsi ilə Osmanlı imperiyası bu əraziləri Rusiyaya verməyə məcbur oldu.

10. Krım müharibəsi (1853–1856)

Rusiyanın Qara dənizdə öz təsir dairəsini genişləndirmək üçün başlatdığı Krım Müharibəsi Britaniya, Fransa və Sardiniya Krallqılarının müharibəyə qoşulması ilə nəticələnib. Rusiya birləşmiş koalisiyaya ağır məğlubiyyətə uğrayır. Müharibəni sonlandıran Paris müqaviləsi ilə Rusiya əraiz itkiləri ilə üzləşir, Qara dənizdə hərbi gücünü itirir.

11. 1877–1878-ci illər müharibəsi

Bu müharibə nəticəsində Bolqarıstan muxtariyyət əldə etmiş, Rumıniya, Serbiya və Monteneqro müstəqilliklərini elan etdi. San Stefano müqaviləsi ilə Osmanlı imperiyası bu dəyişiklikləri qəbul etdi.

12. Birinci Dünya müharibəsi dövründə Qafqaz Cəbhəsi (1914–1918)

Birinic Dünya müharibəsinin gedişi sırasında fərqli hərbi alyanslara üzv olan Rusiya və Türkiyə Qafqazda strateji ərazilər uğrunda mübarizəyə başlayır. Rusiya 1917-ci ilin yayına qədər cəbhədə üstünlük əldə etsə də, inqilablar və qarışıqlıq bu üstünlüklərdən yarararlanmağa imkan vermir.


MANŞET XƏBƏRLƏRİ