Xəbər verdiyimiz kimi Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Bu, “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Turkustan.az xəbər verir ki, qanun layihəsinə ikinci oxunuşda dəyişiklik olunub.
Belə ki, qanun layihəsi qəbul olunduğu halda fevralın birində yox, aprelin birində qüvvəyə minəcək.
Xatırladaq ki, bu təkliflə parlamentin dekabrın 19-da keçirilən plenar iclasında deputat Azər Əmiraslanov çıxış edib.
“Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyatı qurumlar tərəfindən hər cür dəstək verilməsini də vacib hesab edirik”, - deyə o qeyd edib.
Qanun layihəsi səsə çıxarılaraq ikinci oxunuşda qəbul edilib./Bizim.Media