Azərbaycanın hansı şəhərində yaşamaq daha rahatdır? – Nəticə təəccübləndirdi


Azərbaycanın şəhərlərində ümumi istifadəyə açıq abadlaşdırılmış sahələrin payı və əhalinin bu sahələrə çıxış imkanları açıqlanıb.

Turkustan.az oxu.az-a istinadən xəbər verir ki, ölkə üzrə Lənkəran şəhəri əhalinin abadlaşdırılmış açıq sahələrə çıxış imkanına görə ön sıradadır. Lənkəranda əhalinin 64.2 faizi abadlaşdırılmış açıq ictimai sahələrə rahat çıxış imkanına malikdir.

Bu göstərici Bakıda 36.4%, Sumqayıtda 10%, Gəncədə 18.9%, Mingəçevirdə 42%, Naftalanda 34.3%, Şirvanda 25.6%, Şəkidə 33.3%, Yevlaxda 36.4% təşkil edir.

Şəhər ərazilərinin ümumi istifadəyə açıq hissələrinin xüsusi çəkisi şəhərlər üzrə fərqlənir. Bakı şəhərində bu göstərici 7.6 faiz, Sumqayıtda 17.5 faiz, Gəncədə 15.1 faiz, Mingəçevirdə 3.6 faiz, Naftalanda 3.7 faiz, Şirvanda 13.1 faiz, Lənkəranda 18.4 faiz, Şəkidə 15.4 faiz, Yevlaxda isə 20.3 faizdir.

Ümumi istifadəyə açıq abadlaşdırılmış sahələr dedikdə şəhər sakinlərinin istirahət və sosial fəaliyyət üçün istifadə edə biləcəyi parklar, meydanlar, xiyabanlar və digər əlverişli və rahatlaşdırılmış açıq sahələr nəzərdə tutulur.


MANŞET XƏBƏRLƏRİ