Örüş-otlaq sahələrini nazirlik satır - KƏLBƏCƏRLİ FERMER İTTİHAMLARI RƏDD EDİR


Qarabağ torpağı azad olunduğuna üçün Cənab Prezidentə 2 dana qurban kəsmişəm.Bizim üçün vətən hər şeydən əzizdir. Kənd Təsərrüfatı Nazirliyi Kəlbəcərdə bəzi şəxslərin əli ilə pul yığdırır, bununla bağlı faktlar da var”.

Turkustan.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Kəlbəcər Rayonundan olan fermer Rəşid Abbasov bəzi media orqanlarında DİN-nin Mətbuat Xidmətinin regional qrupunun onun yaylaq ərazilərini zəbt etməsinə dair açıqlamasına münasibətində deyib.

Kəlbəcər sakini deyib ki, adıçəkilən örüş-otlaq sahəsinə artıq bir neçə ildir ki, mal-qarasını aparır:” Dədə-babadan da buralarda bizim və ətraf kəndlərin sürüsü otlayıb. İndi Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qanunsuz əməllərlə məşğuldur. Açıq-aşkar pul yığırlar. Mən isə buna etiraz etdiyimə görə haqqımda qarayaxma kampaniyası aparmağa çalışır. Qızımın yoldaşı Şəhid olub,onun təsərrüfatı və Şəhid Fərzəliyev Məmmədyarın oğlu Fərzəliyev Ayəddinin də 2 ci qrup Qarabağ əlili polkovnik Vəlişov Qadir də təsərrüfatını mənim təsərrüfatımla birlikdə Kəlbəcərə aparmişiq. Heç bir maddiyatdan söz gedə bilməz.Torpaq satanlar məlumdur.Kimin əli ilə yiğdırdıqları da məlumdur”.

Kəlbəcər sakini polisi açıqlama verərkən diqqətli olmağa çağırıb.

“Mən əslində polisi qınamıram. Görünür, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları koordinatları göstərmədən ümumi məktub yazıblar, polis də buna istinadən belə açıqlama yayıb. Bu gün adıçəkilən nazirliyin bölgələrdə qanunsuz əməllərini hamı bilir”.


MANŞET XƏBƏRLƏRİ