Bəzi şəxslər üçün vəkil xidməti pulsuz olacaq – SİYAHI


Pulsuz vəkil xidməti şamil olunan şəxslərin siyahısı genişləndirilib.

Turkustan.az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsində əks olunub.

Layihəyə əsasən, gəliri yaşayış minimumundan aşağı olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailənin üzvləri, əlilliyi olan işləməyən şəxslər, işsiz kimi rəsmi qeydiyyatda olanlar, insan alveri qurbanları, məişət zorakılığından zərərçəkənlər, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslərlə yanaşı şəhid ailələrinin üzvləri, müharibə veteranları, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər, yetkinlik yaşına çatmayanlar, qaçqın statusu alan, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər azad edildiyi gündən bir il müddətində olmaqla, üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər də pulsuz hüquqi yardım hüququna malik olacaqlar.

Həmçinin, bununla bağlı müvafiq qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ