Ambulator xəstələrə dərmanlar veriləcək


Növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur.

Turkustan.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib:

"Statistikaya əsasən ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək". (modern.az)


MANŞET XƏBƏRLƏRİ