Sökülmüş binalarda evi olanlara ŞAD xəbər


Sökülmüş binaların mülkiyyətçilərinə yeni tikilidən kompensasiya məqsədilə verilən yaşayış və qeyri-yaşayış sahələri vergidən azad ediləcək.

Turkustan.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, sökülmüş binaların əvvəlki mülkiyyətçilərinə həmin binaların yerində inşa edilən yeni tikililərdən verilən yaşayış və qeyri-yaşayış sahələri vergiyə cəlb olunan gəlir hesab edilməyəcək.

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililərdə sahənin ölçüsü yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə rəsmiləşdirilən göstəricilər əsasında müəyyənləşdiriləcək.

Bundan əlavə, mülkiyyətçiyə əvvəlki sahəsindən daha böyük ərazi verildiyi halda, sökülmüş yaşayış və ya qeyri-yaşayış sahəsinin 20 faizi həddində olan əlavə sahə də nəzərə alınacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ