Hava bu tarixdən dəyişəcək


"Sabah axşamdan etibarən hava dəyişəcək".

Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib.

"Bir neçə gündür ölkə ərazisində sabit hava şəraiti müşahidə olunur. Yaxın 2-3 gün ərzində, yəni noyabrın 14-ü və 15-i Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz, səhər və axşam bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. 15-i səhər saatlarında az çiskinli olacağı ehtimal edilir. Bölgələrdə də əsasən yağmursuz hava şəraiti olacaq.

Lakin noyabrın 14-ü axşamdan, 15-i axşama kimi bəzi yerlərdə arabir yağış yağacaq. Havanın maksimal temperaturu Aran rayonlarında 17-21, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacaq".


MANŞET XƏBƏRLƏRİ