Böyük Britaniyada rəsmi səfərdə olan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ölkəsinin Londondakı 2013-cü ildən bağlı olan səfirliyində Suriya Ərəb Respublikasının bayrağını qaldırıb.
Turkustan.az xəbər verir ki, səfirlik binası qarşısına toplaşan çoxlu suriyalı öz ölkələrinin bayraqlarını daşıyaraq bu anın sevinclə şahidi olublar.
Bayraq qaldırma mərasimindən sonra ABŞ mərkəzli X sosial media platformasında paylaşım edən Şeybani, "Əsədin kimyəvi rejiminin tətbiq etdiyi uzun illər təcriddən sonra bu gün Suriyanın Londondakı səfirliyini yenidən açırıq. Suriya azad şəxsiyyəti ilə dünyaya qayıdır" dedi.
Səfirlik binası qarşısında bu anın şahidi olanlardan biri olan Sammi "Çox xoşbəxtəm. Burada doğulmuşam, amma bir neçə ay əvvəl ilk dəfə Suriyaya getmişəm. Bu günə şükür edirəm" deyib.
Suriya bayrağı motivli şərf gəzdirən Ramsa, "Suriya xalqı bu anı çoxdan gözləyirdi. Deyəcək bir şey tapa bilmirəm. Çox xoşbəxtəm" deyərək xoşbəxtliyini dilə gətirib.
Aytən Yaşar/ Turkustan.az