Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidentinə ünvanlandığı ehtimal edilən məktubu açıqlayacağı barədə məlumatlar siyasi dairələrdə müzakirələrə səbəb olub. Maraqlıdır, görəsən bu məktubda nələr yazılıb?
Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyanın bu addımı Moskva ilə münasibətləri daha da gərginləşdirə bilər:

“Paşinyanın məktubu açıqlaması və bu kimi digər addımların arxasında Qərbdən gələn tezislərin həyata keçirilməsi dayanır. Bu, uzun müddətdir tətbiq olunan və Ermənistanda sistemli şəkildə işləyən bir mexanizmdir. Paşinyan da bu sistem çərçivəsində öz siyasətini çox uğurlu şəkildə idarə edir. Görünür, indi yeni bir müdaxilə planlaşdırılır”.
Ekspertin fikrincə, Paşinyanın bu cür addımları həm Moskva ilə münasibətləri sınağa çəkir, həm də Ermənistanın Qərbə yönəlmiş siyasi kursunu daha da dərinləşdirir.