ABŞ prezidenti Donald Tramp federal hökumətin yenidən açılması üçün Konqresin qəbul etdiyi müvəqqəti büdcə qanun layihəsini imzalayıb və bununla da ölkə tarixində hökumətin ən uzun müddət dayanmasına rəsmən son qoyulub.
Turkustan.az xəbər verir ki, bazar gözləntiləri ABŞ Federal Ehtiyat Sisteminin ( FED ) faiz dərəcələrini daha da aşağı salmağa davam edəcəyini gücləndirdi . İqtisadçıların 80 faizi zəifləyən əmək bazarını dəstəkləmək üçün FED-in dekabr ayında faiz dərəcələrini 25 baza bəndi azaldacağını proqnozlaşdırır.
Bu inkişaflardan qaynaqlanan qızıl, artan investor inamı fonunda son üç həftənin ən yüksək səviyyəsində ticarət edir.
Günün unsiyası 4195 dollardan açılan qızıl 4180 dollardan aşağıya, pik həddi isə 4219 dollara çatıb. Hazırda bir unsiya üçün 4209 dollara satılır.
Aytən Yaşar/ Turkustan.az