Fələstin torpaqlarını ələ keçirən israillilər məscidi yandırdılar


Fələstin torpaqlarını qəsb edən israillilər işğal altındakı İordan çayının qərb sahilindəki Selfit şəhərində məscidi yandırıb və divarlarına irqçi yazılar yazıblar.

Turkustan.az xəbər verir ki, şahidlərin sözlərinə görə, silahlı israillilər Selfitin Deyr-İstiya qəsəbəsinə basqın ediblər.

Məscidin bəzi hissələrinə ziyan vuran yanğın yerli sakinlər tərəfindən söndürülüb.

Fələstin Vəqflər Nazirliyi verdiyi açıqlamada, Fələstin torpaqlarını qəsb edən israillilərin məscidə “iyrənc hücumunu” pisləyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ