İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullahın silah anbarına və yeraltı obyektinə hücum edildiyini bildirib.
Turkustan.az xəbər verir ki, İsrail Livandakı hücumlarını davam etdirir. İsrail Müdafiə Qüvvələri (IDF) bu səhər Livanın cənubunda Hizbullahın silah anbarına və yeraltı obyektinə hava zərbələri endirildiyini açıqlayıb.
IDF-in bəyanatında qeyd olunub:
“Hücum edilən terror infrastrukturları mülki ərazilərin yaxınlığında yerləşirdi. Bu, Hizbullahın Livan vətəndaşlarını qalxan kimi istifadə etməsinin daha bir nümunəsidir.”
Açıqlamada vurğulanıb ki, Hizbullah Livanın müxtəlif bölgələrində öz terrorçu varlığını bərpa etməyə çalışır:
“Terror infrastrukturlarının mövcudluğu və Hizbullahın bölgədəki fəaliyyəti İsrail ilə IDF arasındakı əməliyyat sazişlərini pozur. Biz bütün təhdidləri aradan qaldırmaq və İsrail dövlətini qorumaq üçün əməliyyatları davam etdirəcəyik.”
Aytən Yaşar/ Turkustan.az