Ermənilər Qarabağa qayıdacaq? – ATƏT sədrindən “cavab”


ATƏT-in sədri Elina Valtonen Qarabağ ermənilərinin geri qaytarılması və “beynəlxalq hüquqlarının təminatı” ilə bağlı suallara cavab verməkdən yayınıb.

Turkustan.az xəbər verir ki, o, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündən sonra keçirdiyi mətbuat konfransında ünvanlanmış suala cavab verməyib.

Valtonen başqa mövzulara diqqət yetirməyi üstün tutub və təşkilatın bölgədə sülh və stabilliyə bağlılığını vurğulayıb:

“Nazirlə geniş müzakirələr apardıq. ATƏT Ermənistan, eləcə də qonşu bölgələrdə sülh və davamlı inkişaf üçün əməkdaşlıq etməyə, dəstək verməyə hazırdır. Xüsusilə iqtisadiyyat, ekoloji və iqlim məsələləri kimi sahələrə diqqət ayıracağıq. Ermənistanda əlavə töhfə verə biləcək sahələri araşdıracağıq”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ