“Azərbaycanla Pakistan həm diplomatik, həm də hərbi sahədə əməkdaşlığını dərinləşdirir” - ŞƏRH


“Azərbaycanla Pakistan müxtəlif sahələrdə əməkdaşlıq edir və iki ölkənin münasibətləri strateji müttəfiqlik münasibətlərində də irəliyə gedir. Azərbaycan Prezidentinin Pakistana səfərində iki ölkə arasındakı dərin qardaşlıq əlaqələrinin nə qədər yüksək səviyyədə olduğunu növbəti dəfə görmüş olduq”.

Bu fikirləri Turkustan.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Politoloq bildirib ki, “Azərbaycanla Pakistan bir çox məsələlərdə, beynəlxalq münasibətlər sistemində hər zaman bir-birinə dəstək olub və bu dəstəyin ən bariz nümunəsi Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə Pakistanın birmənalı şəkildə bizim ərazi bütövlüyümüzü dəstəkləməsi ilə özünü göstərdi. Pakistan bu məsələdə Azərbaycanın yanında yer aldığı kimi Prezident İlham Əliyevin Pakistan səfərində vurğuladığı məsələ də özünü bir daha göstərmiş oldu və Cənab Prezident Kəşmir məsələsində Azərbaycanın Pakistana dəstəyini növbəti dəfə ifadə etmiş oldu.

Eyni zamanda Azərbaycanla Pakistan təkcə diplomatik sahədə deyil, hərbi sahədə də əməkdaşlığını daha da dərinləşdirir. Özəlliklə Azərbaycan və Pakistanın ortaq hərbi təlimləri və həmçinin Pakistanın da növbəti dəfə Azərbaycana qırıcı təyyarələr tədarük etməklə bağlı iki ölkə arasında imzalanmış müqavilə bu əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Həmçinin bilirik ki, Pakistan Azərbaycan arasında 2 milyard dollarlıq müqavilə imzalanıb ki, bu da iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da artacağını göstərir. Bütövlükdə həm əhalisinin sayına görə, həm də ordusunun gücünə görə dünya coğrafiyasının ən önəmli ölkələrindən biri olan Pakistanın Azərbaycana bu qədər dərindən dəstək olması, həmçinin Azərbaycanın ən həssas məsələlərdə Pakistanın haqq işini bütün beynəlxalq platformalarda açıq açığına müdafiə etməsi və Azərbaycan Prezidentinin Pakistan səfəri Pakistan cəmiyyətində bu qədər müsbət qarşılanması iki ölkə arasındakı münasibətdə gəlinən ən gücü bağları və nöqtəni növbəti dəfə göstərmiş olur və Azərbaycan Pakistan müttəfiqliyi hər bir halda hər iki ölkə üçün də çox müsbət pozitiv tendensiyaları özündə ehtiva edir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ