“ABŞ Bakıya heç nə edə bilmədi, Makron nə edəcək?” - Rus polkovnik


ABŞ belə Azərbaycana təzyiq göstərə bilmədi, Fransanın cəhdləri əbəsdir.

Turkustan.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

“Fransa Xarici İşlər Nazirliyi rəsmi Bakının “ikitərəfli münasibətlərə xələl gətirən hərəkətlər”ini əsas gətirərək, Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu, Fransa Xarici Kəşfiyyat Xidməti – DGSE və onun regiondakı agent şəbəkəsinin Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat əməkdaşları tərəfindən deşifrə edilməsinə Parisin reaksiyasıdır.

Fransanın rəsmi Bakıya siyasi təzyiq göstərmək cəhdləri tamamilə əbəsdir. Hətta Vaşinqton təzyiq göstərə bilmədi, Makron nə edəcək?”, - polkovnik deyib. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ