İran XİN-dən Brüssel görüşünə münasibət


"Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir”.

Turkustan.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran XİN-in sözcüsü Nasir Kənani bu yaxınlarda Brüsseldə keçirilən Ermənistan, ABŞ və Avropa İttifaqının üçtərəfli görüşü ilə bağlı suala cavab verərkən deyib.

"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır. Bu baxımdan regional strukturların potensialından, o cümlədən mübahisələrin sülh yolu ilə həlli, sülhün və sabitliyin möhkəmləndirilməsi və qarşılıqlı fayda əsasında əməkdaşlığın gücləndirilməsi üçün 3+3 məsləhətləşmə mexanizmindən istifadə etmək lazımdır”, - deyə o bildirib. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ