Ararat Mirzoyan xəritədə Azərbaycan ərazisini tam göstərdi


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyada Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olması, qonşularla münasibətlərin tənzimlənməsi üzrə layihəni təqdim edib.

Turkustan.az xəbər verir ki, Mirzoyanın təqdim etdiyi xəritədə Azərbaycan ərazisi tam göstərilib.

Ermənistanın XİN rəhbəri bildirib ki, erməni tərəfinin yanaşmaları əsasən Qranadada qəbul edilmiş dördtərəfli bəyannamədə qeyd olunan prinsiplərdə ifadə olunub.

O, Azərbaycanın bu prinsiplər əsasında sülh prosesinin gücləndirilməsinə sadiqliyinin və beynəlxalq tərəfdaşların güclü dəstəyinin vacibliyini vurğulayıb./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ