Azərbaycanda səfərdə olan Quzey Kıbrıs Türk Cümhuriyyətinin(KKTC) Prezidenti Ersin Tatar Bakıda mətbuat mənsubları ilə bir araya gəlib.
Ersin Tatar Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin ələqələrinin hər sektordan inkişafda olduğunu bildirib. Üç dövlət bir millət şüarını səsləndirən Prezident Azərbaycan ilə əlaqələrin daha da artacağını söyləyib.
Turkustan.az-ın əməkdaşının "Azərbaycandan sonra digər Türk ölkələrinə də səfər edəcəksiniz" sualına cavab verib.
Tatar bildirib ki, “bu haqda planlarımız var. İrəliləyən zamanlar da digər Türk dilli ölkələrə səfərlər planlaşdırırıq. Hazırda bu səfərlər üçün çalışmalar edilir”.
Mətbuat konfransının ardından Tatar jurnalistlər ilə birlikdə xatirə şəkilləri çəkdirib.
Eltac/Turkustan.az