"Rusiya ilə əməkdaşlığımız sarsılmazdır” – Hindistandan Trampa cavab


ABŞ prezidenti Donald Tramp da Hindistanın Rusiyadan neft idxalına diqqət çəkərək Hindistana 25 faizlik gömrük rüsumunun tətbiq ediləcəyini açıqlamışdı.

Turkustan.az xəbər verir ki, Donald Tramp Hindistanın Rusiya ilə münasibətlərinə etinasızlığını ifadə edərkən, “Onlar birlikdə ölü iqtisadiyyatlarını batıra bilərlər, mənə əhəmiyyət vermir” demişdi.
Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval Trampın tənqidindən sonra açıqlama verib.

Jaiswal Hindistanın digər ölkələrlə əlaqələrinin özünəməxsus dəyərə malik olduğunu ifadə edərək: "Hindistan-Rusiya münasibətinə gəldikdə, sabit və zamanla sınaqdan keçmiş tərəfdaşlığımız var" dedi.

Jaisval ABŞ ilə güclü müdafiə ortaqlığına malik olduqlarını və bu tərəfdaşlığın böyümək potensialına malik olduğunu bildirib.

Trampla yanaşı ABŞ-ın maliyyə naziri Scott Bessent də Hindistanı tənqid edib və Hindistanın qlobal aktyor olmadığını bəyan edib.

Tramp son açıqlamasında Hindistanın Rusiyadan neft almasını dayandırdığını eşitdiyini bildirsə də, New York Times-a (NYT) danışan Hindistan rəsmisi neft idxalının davam edəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ