TƏCİLİ! Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır


Rusiya Ermənistanda yerləşən Gümrü şəhərindəki 102-ci hərbi bazaya təkcə ağır texnika deyil, həm də şəhər döyüşləri və yaxın məsafəli hərbi toqquşmalar üçün nəzərdə tutulan silahlar göndərir.

Turkustan.az xəbər verir ki, bu barədə yerli erməni KİV-ləri məlumat yayıb.

Erməni KİV-ləri qeyd edir ki, sözügedən silahların bazaya gətirilməsi son aylarda artan gərginlik və regionda baş verə biləcək potensial toqquşmalar fonunda baş verir.

Məlumata görə, göndərilən silah-sursatlar sırasında snayper tüfəngləri, əl qumbaraları və küçə döyüşlərinə uyğun digər yüngül silah növləri yer alır. Bu addım Rusiyanın Paşinyana qarşı hərbi çevriliş planı olduğunu göstərir.

Rusiya tərəfi hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində fəaliyyət göstərir və bölgədəki mühüm geosiyasi obyektlərdən biri hesab olunur. /Demokrat.az/


MANŞET XƏBƏRLƏRİ