“Avtopilot” ölüm gətirdi – Tesla 243 milyon dollar ödəyəcək


ABŞ-da münsiflər heyəti elektrikli avtomobil istehsalçısı Tesla-nı 2019-cu ildə "Autopilot" sürücüyə yardım sistemi ilə ölümcül qəzaya səbəb olduğu iddiasına görə 243 milyon dollar təzminat ödəməyə qərar verdi.

Turkustan.az xəbər verir ki, Mayami Federal Məhkəməsinin münsiflər heyəti Florida ştatının Key Larqo şəhərində baş verən qəza ilə bağlı hökm çıxarıb.

Qərarda qəzaya görə Tesla-nın "avtopilot" sisteminin 33 faiz məsuliyyət daşıdığı bildirilib və şirkətdən 243 milyon dollar təzminat tələb edilib.

Digər tərəfdən, sözügedən avtomobilin sürücüsü və telefonla danışdığı üçün diqqətinin dağıldığını ifadə edən Corc MakGi yüzdə 67-də günahkar bilinib.

Bu qərar, Teslanın özünün "Avtopilot" sistemi ilə bağlı məhkəmədə təqsirli bildiyi ilk dəfədir. Bu qərarın Teslanın səhmlərinə necə təsir edəcəyi maraqla gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ