Azərbaycandan Türkiyə üzərindən Hələbə təbii qazın çatdırılması yerli əhali tərəfindən sevinclə qarşılanıb.
Turkustan.az xəbər verir ki, illərdir müharibənin dağıdıcı təsirləri ilə mübarizə aparan suriyalılar elektrik enerjisinə çıxışın artması və enerji qaynaqlarının bölgəyə gəlməsi ilə iqtisadi və sosial yaxşılaşmalar gözləyirlər.
Hələbdə yaşayan vətəndaşlar Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığının Suriya xalqı üçün həyati əhəmiyyətini vurğuladılar. Onlar bu inkişafın istehsala, təhsilə və gündəlik həyata xüsusilə müsbət təsir edəcəyinə inanırlar.
Hələb sakini Məhəmməd əl-Abdullah qarşılaşdıqları çətinliklərə baxmayaraq, əməkdaşlığa və həmrəyliyə böyük əhəmiyyət verdiklərini ifadə edərək: "Bu ölkəyə yardım əlini uzadan hər kəsə təşəkkür edirik. Çünki bu ölkə tükənib. Təhsil bu ölkəni inşallah ayağa qaldıracaq" dedi.
Hələb sakini Əbdüllətif Haccu elektrik enerjisinin və təbii qazın gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq: "Bizim elektrikə ehtiyacımız var. Qazdan da elektrik enerjisi istehsal olunsa, çox gözəl olar" dedi.
Bir müddət Türkiyədə yaşayan Mahmud Hammaş Türkiyənin verdiyi dəstəyi xatırlayaraq dedi:
"Əvvəl təhlükəsizliyi təmin etdilər, indi qaz göndərirlər. Allah min dəfə rəhmət eləsin. İşıqsız həyat dayanır. İnşallah, nəqliyyatın da, çörəyin də qiyməti düşər".
Aytən Yaşar/ Turkustan.az