Putini hiddətləndirən hücum! Kritik obyekt vuruldu


Ukrayna qüvvələri Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirir, son hədəflər Samara və Ryazandakı neft emalı zavodlarıdır.

Turkustan.az xəbər verir ki, Ukrayna pilotsuz təyyarələrinin endirdiyi zərbələr nəticəsində obyektlərə böyük ziyan dəydiyi bildirilir.

Yerli mənbələrin məlumatına görə, hücumlardan sonra Samara və Ryazanda neft emalı zavodlarında yanğınlar başlayıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım qrupları göndərilib. İlkin görüntülərdə neft emalı zavodunun yararsız hala düşdüyü göstərilir.

Son aylar Ukrayna Rusiya daxilində dron hücumlarını intensivləşdirib. Bu hücumlar təkcə cəbhə xəttini deyil, həm də ölkənin daxili ərazilərini, o cümlədən Moskvanı hədəf alır. Ekspertlər hesab edirlər ki, bu addımlar Ukraynanın psixoloji üstünlük əldə etmək cəhdinin bir hissəsidir.

Ukrayna Rusiya obyektinə hücum etdi! Şiddətli partlayış kameraya düşüb

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ