CNN: Netanyahu Qəzza qərarını təxirə saldı


ABŞ-ın CNN telekanalı İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya hücumlarla bağlı qərarını gələn həftə verəcəyini iddia edib.

Turkustan.az xəbər verir ki, CNN-in İsrail mənbələrinə istinadən verdiyi məlumata görə, əvvəlcə Qəzza ilə bağlı bu həftə qərar verəcəyi gözlənilən Netanyahu qərarını gələn həftəyə təxirə salıb.

Mənbələr bunun səbəbinin Qəzzaya hücumlarla bağlı Netanyahu hökuməti daxilindəki fikir ayrılıqları olduğunu və masada iki variantın olduğunu bildirib.

Mənbələr bu variantlardan birinin HƏMAS-ın razılaşmaya razı olmadığı təqdirdə Qəzzə və digər şəhərləri mühasirəyə almaq, digər variantın isə “Qəzzanı almaq” olduğunu iddia edərək, İsrail nazirlərinin fərqli variantları dəstəklədiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ