HƏMAS: Fələstin dövləti qurulmadan silahı buraxmayacağıq


Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması üçün aparılan danışıqların bir hissəsi olaraq silahlarını buraxmağa razı olduqlarına dair iddialara cavab verən Həmas İsrailin işğalı davam etdiyi müddətcə silahlara sahib olmanın onların milli və qanuni haqqı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun “Həmas silahlarını yerə qoymağa razılıq verib” dediyi xəbərlərlə bağlı HƏMAS Telegram hesabında açıqlama yayıb.

Bəyanatda “İşğal davam etdiyi müddətcə müqavimət və silahların milli və qanuni hüquq olduğu” və bunun beynəlxalq normalarla təsdiqləndiyi qeyd edilib.

Fələstin xalqının milli hüquqlarını tam şəkildə əldə etmədikcə silahı yerə qoymayacağını vurğulayan Həmas: "Biz bir daha təsdiq edirik ki, bunlardan birincisi (milli hüquqlar) tam suverenliyə malik, paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasıdır".

Təl-Əvivdə israilli məhbusların yaxınları ilə görüşən və ziddiyyətli açıqlamalar verdiyi bildirilən Vitkoffun İsrail Baş naziri Binyamin Netanyahunun “Həmas silahlarını yerə qoymağa razılıq verdi” deyərək müharibəni bitirməkdə qərarlı olduğunu dediyi iddia edilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ