Rusiyanın “Lukoil” şirkətinin Bolqarıstandakı törəmə şirkətləri dövlət orqanları tərəfindən görünməmiş təzyiqlərlə üzləşib.
Turkustan.az "RİA Novosti"yə istinadən xəbər verir ki, şirkət yerli aktivlərini satmağı düşünür.
""Lukoyl" anti-Rusiya sanksiyalarına məruz qalmasa da, onun törəmə şirkətləri tez-tez dövlət orqanları tərəfindən görünməmiş təzyiqlərə məruz qalır", - Rusiya Federasiyasının Sofiyadakı səfiri Eleonora Mitrofanova bildirib.
Eyni zamanda o, yekun qərarın hələ verilmədiyini də deyib. /Bakupost.az/