İrandan Azərbaycana açıq mesaj – “Vəhhabilər təhlükəsinə qarşı...”


“Azərbaycanda vəhhabi təhlükəsinə qarşı düzgün tədbirlər görülməlidir”.

Turkustan.az xəbər verir ki, bu fikir İranın ali rəhbərinin Şərqi Azərbaycan əyalətindəki nümayəndəsi Əli Motəhhəriyə aiddir. O, çıxışında Azərbaycanda vəhhabi və sələfi cərəyanlarının yayılması ilə bağlı narahatlığını ifadə edib.

Motəhhəri bəzi bölgə ölkələri və İsrailin Azərbaycandakı şiə icmasının təsirini azaltmağa çalışdığını iddia edib. Motəhhərinin fikrincə, bu təhlükəyə qarşı düzgün tədbirlər görülməli, ictimai düşüncə və dini kimlik qorunmalıdır.

İranlı ruhaninin sözlərinə görə, Azərbaycanda şiə əhalisinin sayı İrandakından çoxdur və bu, iki ölkə arasında dini və mədəni əlaqələrin gücləndirilməsi üçün mühüm potensial yaradır.

Əli Motəhhəri eyni zamanda bildirib ki, siyasi və təhlükəsizlik oyunlarına qoşulmadan, ziyalılarla ünsiyyət və sosial şəbəkələrin imkanlarından istifadə etməklə şiə diskursunun inkişafı təmin edilməlidir. O, ruhanilərin maarifləndirmə fəaliyyətlərini də vacib saydığını qeyd edib. /yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ