Yeni qanun layihəsi Trampın Putinə sərt ultimatumu fonunda Kremlin əsas tərəfdaşlarını risk altında qoyur.
Turkustan.az xəbər verir ki, Vaşinqtonun Moskva və Pekin ilə münasibətlərində yeni gərginlik dalğası fonunda ABŞ Senatında Rusiya döyüş maşınına dəstək roluna görə Çinə qarşı sərt sanksiyaların tətbiq edilməsini nəzərdə tutan ikitərəfli qanun layihəsi təqdim edilib. The Vashington Post xəbər verir ki, qanun layihəsi senatorlar Jeanne Shaheen (D-NH) və John Cornyn (R-TX) tərəfindən dəstəklənib.
Qanun layihəsi prezident Donald Tramp administrasiyasını Rusiya silahları üçün avadanlıq və komponentlərin tədarükünə birbaşa və ya dolayı yolla yardım etmiş Çin qurumlarına, banklarına və rəhbər işçilərinə qarşı sanksiyalar tətbiq etməyə məcbur edəcək. Buraya Moskvanın Ukraynaya qarşı müharibəsində fəal şəkildə istifadə etdiyi raketlər, pilotsuz təyyarələr və döyüş sursatları daxildir.
Şahenin sözlərinə görə, sənəd Çin qurumlarını məsuliyyətə cəlb etmək və müharibəni bitirmək üçün real təsir rıçaqları yaratmaq məqsədi daşıyır: “Putini danışıqlar masasına oturtmaq üçün ABŞ təcavüzü asanlaşdıran Çin şirkətlərinə qarşı hərəkət etməlidir”. Senator Kornin vurğulayıb ki, bu təşəbbüs Trampın Ukraynadakı müharibəni bitirmək məqsədini reallaşdırmağa yaxınlaşdırır.
Aytən Yaşar/ Turkustan.az