Ukrayna lideri Volodimir Zelenski bildirib ki, Ternopola zərbə endirdikdən sonra 22 nəfərin yeri məlum deyil - onların axtarışı davam edir.
Turkustan.az xəbər verir ki, bu barədə dövlət başçısı Telegram -da məlumat yayıb .
"Xilasedicilərimiz bütün gecə Ternopolda çalışıblar və axtarış-xilasetmə əməliyyatları hələ də davam edir. 22 nəfərin yeri məlum deyil - onların axtarışları davam edir. İşlərə Ukraynanın 9 vilayətindən 230-dan çox xilasedici cəlb olunub", - Zelenski bildirib.
Onun sözlərinə görə, hazırda bəzi ərazilərdə konstruksiyaların ciddi şəkildə dağılması və parçalanması səbəbindən yalnız əl ilə işləmək mümkündür ki, bu da axtarışları çətinləşdirir.
Aytən Yaşar/ Turkustan.az