İki il əvvəl yerli istehsal silahlarının ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasından sonra Yaponiya ilk dəfə olaraq ABŞ-a Patriot yer-hava ələ keçirən raketlərin bir partiyasını təhvil verib.
Turkustan.az xəbər verir ki, bu barədə Kyodo News öz mənbələrinə istinadən məlumat yayıb .
Agentliyin həmsöhbətləri qeyd ediblər ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin sərəncamında olan raketlərin ixracı ABŞ-ın tələbi ilə həyata keçirilib ki, davam edən Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqton öz raketlərini Ukraynaya ötürdükdən sonra öz ehtiyatlarını artıra bilsin.
Yaponiya tərəfinin təhvil verdiyi Patriot Advanced Capability-3 ələ keçirən raketlər ABŞ-dan lisenziya əsasında istehsal edilib. Onların sayı açıqlanmır.
Aytən Yaşar/ Turkustan.az