"Real Madrid"in əfsanəvi futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə Ağ Evdə dövlət şam yeməyinə qatılıb.
Turkustan.az xəbər verir ki, görüşdən iki gün sonra ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Tramp Oval kabinetdə Ronaldo ilə oyun oynayarkən süni intellektlə video paylaşıb. Videoda iki driblinq, ötürmə əks olunub. Tramp paylaşımına "Ronaldo möhtəşəm İNSANDIR. Onunla Ağ Evdə görüşmək çox xoş oldu. O, çox ağıllıdır!-deyə, bidlirib.
Ronaldo Ağ Evə səfəri zamanı Trampla Oval kabinetdə də vaxt keçirib. Məlumata görə, Tramp simvolik olaraq ulduz futbolçuya Oval kabinetin açarını hədiyyə edib. Tramp çıxışında Ronaldoya heyran olduğunu ifadə edərək, "Ronaldonu qonaq etmək böyük şərəfdir" deyib.
Aytən Yaşar/ Turkustan.az