“Baş katib bu gün Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə qarşı həyata keçirilmiş genişmiqyaslı raket və dron hücumlarını qətiyyətlə pisləyir”.
Turkustan.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreşin sözçüsünün yaydığı bəyanatda deyilir.
Bildirilib ki, iddialara görə, paytaxt Kiyev şəhərində azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub:
“Hücum nəticəsində çoxlu sayda mülki şəxsin yaralandığı, yaşayış və enerji infrastrukturlarının, eləcə də Azərbaycanın Kiyevdəki səfirliyinin zərər gördüyü bildirilir.
Mülki şəxslərə və mülki infrastruktura edilən hücumlar beynəlxalq humanitar hüququn pozulması deməkdir və bu cür hücumlar harada baş verməsindən asılı olmayaraq qəbuledilməzdir, dərhal dayandırılmalıdır”.
Bəyanatda həmçinin qeyd edilib ki, baş katib diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini xatırlatdır. /Yeniavaz.com/