Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin C-130 tipli hərbi yük təyyarəsinin qara qutusu araşdırılır.
Turkustan.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
Qurumun rəsmi nümayəndəsi onu da deyib ki, təyyarənin qalıqları Kayseridə yerləşən 2-ci Hava Nəqliyyat Vasitələrinin Bərpası Zavodunda ətraflı şəkildə analiz ediləcək.
Zəki Aktürk əlavə edib: “Aparılan ətraflı araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq. Rəsmi açıqlamalarımız xaricində yayılan xəbər və şərhlərə inanmaq düzgün deyil”.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır./teleqraf