Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb


Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

Turkustan.az xəbər verir ki, bu mərhələdə Həsənrizə 23 ailə (93 nəfər) köçürülür.

Kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Həsənrizdə məskunlaşan ailələrin sayı 228-ə (857 nəfər) çatacaq.


MANŞET XƏBƏRLƏRİ