Zəngəzur dəhlizinə görə Paşinyana mükafat veriləcək – KİV


“Qazaxıstan hakimiyyəti Nikol Paşinyana yüksək mükafat verəcək”.

Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

“Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanada KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzv dövlətlərin liderlərinin sammiti keçiriləcək. Həmin günün birinci yarısında MDB-yə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşü, ardınca isə dövlət başçılarının iclası keçiriləcək. Bizdə olan məlumata görə, iclasda Nikol Paşinyan da iştirak edəcək.

Əldə etdiyimiz məlumata görə, Qazaxıstan hakimiyyəti həmin gün Nikol Paşinyana yüksək mükafat vermək qərarına gəlib. Bu, çox güman ki, Qazaxıstanın əcnəbilərə verilən və “Altın Kiran” (Qızıl Qartal) ordeni adlanan ən yüksək dövlət mükafatı olacaq.

Bu, “Qazaxıstan Respublikasına müstəsna xidmətlərinə görə” verilir. Siz mütləq soruşacaqsınız ki, Nikol Paşinyan Qazaxıstana hansı müstəsna xidmətləri göstərib? Belə çıxır ki, o, göstərib: bütün türk dünyasının birləşməsinə töhfə verib, Türkiyədən Orta Asiyaya maneəsiz əlaqə yaratmaq üçün Zəngəzur dəhlizinin açılmasına razılaşıb”, – nəşr qeyd edib. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ