Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə açıqlamasında bildirib.
Ölkə başçısı 17-22 may tarixlərində Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13) iştirak edəcək.
Qeyd edək ki, 17-22 may tarixlərində Bakıda Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) keçiriləcək./teleqraf