Bütün bu hərəkətlərin dolayı məqsədi təkcə Azərbaycan və Türkiyənin ambisiyalarını təmin etmək deyil, eyni zamanda, ABŞ-ı regional problemlərə sürükləmək, Rusiyanın bu regionda təsirindən imtina etmək və bu təsirlə mübarizə aparmaq cəhdidir.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini Konstantin Zatulin Ağ Evdə imzalanan Birgə Bəyannamə haqda danışarkən deyib.
“Həm Paşinyan, həm də İlham Əliyev özünəməxsus şəkildə Rusiyanın vasitəçiliyində, Cənubi Qafqazda təsirinin saxlanmasında qətiyyən maraqlı deyil. Təbii ki, bu vəziyyətdə onlar xoşbəxtliklərini xaricdə axtarırlar. Amma əgər Əliyev özünün və Türkiyənin milli maraqlarını güdürsə, Paşinyan sadəcə olaraq həmvətənlərinə xəyanət edir ki, Dağlıq Qarabağdakı təcrübəsini nəzərə alsaq, bu, onun üçün ilk deyil”, - o qeyd edib. /Axar.az/