Məni Moskvanın məntiqi maraqlandırır, çünki aydındır ki, Azərbaycanı eskalasiya yolu ilə qaytarmaq olmaz, indiki şəraitdə İrəvanın Azərbaycana qarşı qoyulması da alınmaz, Gürcüstandan Azərbaycana qarşı istifadə etməyə cəhd etmək əlbəttə ki, mümkündür, lakin bu, açıq-aydın təsirin düzgün səviyyəsi deyil. Bəs sonra nə?
Turkustan.az xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib.
“Lakin Ukrayna ilə genişmiqyaslı müharibəyə başlayan insanlardan məntiq gözləmək çətin ki, ağlabatan olsun”, - o bildirib. /axar.az/