Talassemiyadan əziyyət çəkənlərə qayğı məqsədi ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib.
Bu barədə agentliyin mətbuat xidmətindən Turkustan.az-a məlumat veriblər.
Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyətini müayinə etdikdən sonra qan analizi götürüblər.
Qeyd edək ki, agentliyin şəxsi heyəti könüllü olaraq verdikləri qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.

