Azərbaycan Prezidenti İlham Əliyev altı ölkə ilə diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişləri təsdiqləyib.
Turkustan.az xəbər verir ki, dövlət başçısı Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau, Surinamla analoji sazişləri təsdiq edib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanla Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib.
Qanuna əsasən, 2025-ci il sentyabrın 24-də Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" təsdiq edilib. /yenisabah.az/