Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından olan parlament üzvü Matthias Moosdorfa qarşı nasist salamı verdiyinə görə cinayət işi açılıb.
Turkustan.az xəbər verir ki, bəyanatda deyilir ki, Moosdorfun deputat toxunulmazlığı nasist salamı verdikdən sonra ləğv edilib.
Moosdorf 22 iyun 2023-cü ildə parlamentin qarderobunda partiya üzvünü dabanla vuraraq salamlamaqda və "Hitler salamı" kimi tanınan jest göstərməkdə ittiham olunur.
Moskvadakı Qnessin Konservatoriyasında Rusiyapərəst mövqeyi və fəxri professorluğu tənqidlərə səbəb olan Moosdorf AfD parlament qrupunun xarici siyasət sözçüsü idi, lakin vəzifəni Markus Fronmayerə təhvil verməli oldu.
Almaniya qanunvericiliyinə görə, belə bir cinayət cərimə və ya 3 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Aytən Yaşar/ Turkustan.az