Ermənistan rəsmisi: Azərbaycanla bağlı öhdəliyimizə sadiqik


“Ermənistanın Cənubi Qafqazda münasibətləri nizamlama prosesini daha da irəli aparmaq öhdəliyinə sadiqdir”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan deyib.

“Bu kontekstdə, Cənubi Qafqazda bərqərar olmuş sülhün möhkəmləndirilməsi, daha sabit və əməkdaşlıq mühitinin yaradılmasına töhfə vermək üçün avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi vacibdir”, - xarici işlər nazirinin müavini bildirib.

Robert Abisoqomonyan insanlararası təmaslar vasitəsilə regionda sülhü təşviq etmək və etimadı gücləndirmək üçün “Tramp yolu” proqramının həyata keçirilməsinin vacibliyi qeyd edib. /teleqraf.az/


MANŞET XƏBƏRLƏRİ