Fələstin torpaqlarını ələ keçirən israillilər Əl-Əqsa məscidinə basqın etdi


Yəhudi təqviminə görə dünən başlayan və bir həftə davam edəcək Hanuka (İşıqlar Festivalı) zamanı ekstremist yəhudilər tərəfindən Əl-Əqsa məscidinə təxribatçı basqınlar artıb.

Turkustan.az xəbər verir ki, Fələstin torpaqlarını qəsb edən israillilər, "Hanuka bayramı" bəhanəsi ilə işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın etdilər.

İsrail polisinin himayəsi altında fanatik yəhudilər Əl-Əqsa məscidinin cənub-qərbində yerləşən əl-Məğaribə (Mərakeş) qapısından keçərək Hərəmi-Şərifə basqın etdilər və məscidin həyətində Talmud ayinlərini icra etdilər.

Yəhudi təqviminə görə dünən başlayan və bir həftə davam edəcək Hanuka (İşıqlar Festivalı) zamanı ekstremist yəhudilər tərəfindən Əl-Əqsa məscidinə təxribatçı basqınlar artıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ