Azərbaycana 1 milyondan çox smartfon gətirilib - Çin, Vyetnam...


2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 344 milyon 206.6 min ABŞ dolları dəyərində 1 milyon 81 min 332 ədəd smartfon idxal edilib.

Turkustan.az “APA-Economics”ə istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 7.3% və ya 84.9 min ədəd azalıb, dəyər baxımından isə 5.5% və ya 17.9 milyon ABŞ dolları artıb. Belə ki, 2024-cü ilin ilk 10 ayı ərzində ölkəyə 326 milyon 243.6 min dollar dəyərində 1 milyon 166 min 285 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 541 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 863 min 707 ədəd), Vyetnamdan (205 min 315 ədəd), Hindistandan (11 min 439 ədəd), İndoneziya ( 606 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 517 manata, Vyetnamdan 619 manata, Hindistandan 989 manata, İndoneziyadan 472 manata Koreyadan isə 204 manata idxal edilib.

Hesabat dövründə Azərbaycandan 256.2 min ABŞ dolları dəyərində 1428 ədəd smartfon ixrac edilib. Gürcüstana (803 ədəd) və Çexiya ( 625 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 305 manat təşkil edib.


MANŞET XƏBƏRLƏRİ